Bakının Sabunçu rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
E-huquq.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu ərazisində əvvəllər məhkum olunmuş əcnəbi vətəndaş saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Sabunçu qəsəbəsində yaşadığı evdən isə əlavə olaraq 96 qrama yaxın heroin götürülüb.
