DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"


  • 10 May 2022 18:34

"İctimai-siyasi proseslər qanunla tənzimlənir".

E-huquq.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq.

Qeyd edək ki, bir qurub şəxs mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı sosial şəbəkələrdə məlumat yayıb.

Oxşar xəbərlər