Ədliyyə Nazirliyi Penitensiar Xidməti Gəncə hadisələrinə görə həbs edilmiş Eşqin Quliyevin vəfat etməsi ilə əlaqədar bəyanatla çıxış edib.
E-huquq.az xəbər verir ki, bəyanatda deyilir:
"5.07.2018-ci il tarixdə AR Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2..3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 228.1, 228.3, 228.4, 234.1, 277, 278.2, 281.2, 315.2-ci maddədləri ilə təqsirləndirilən şəxs qismində barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Quliyev Eşqin Zahid oğlu 09.08.2018-ci il tarixdə Penitensiar xidmətin Bakı İstintaq təcridxanasına daxil olmuşdur. Tibbi müayinədən keçirilmiş E.Quliyev “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar xidmətin Müalicə müəssisəsinə keçirilmiş, müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılmış, 27.09.2019-cu il tarixdə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülmüşdür. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 29.09.2019-cu il tarixdə saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə “İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə vəfat etmişdir"
