Sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verildi


  • 18 May 2022 18:08

Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanov Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Oxşar xəbərlər