Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi


  • 14 İyul 2022 12:16

Kürdəmir rayonuna yeni prokuror təyin edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş prokurorun əmri ilə Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru təyin edilib.

Baş prokurorun digər əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Oxşar xəbərlər