Azərbaycanın valyuta ehtiyatları 54 milyardı keçdi


  • 29 İyul 2022 12:00

2022-ci ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 1,8 faiz artaraq, 54,2 milyard dollara çatıb.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

O, qeyd edib ki, iyunda hərraclara çıxarılan valyuta təklifi tələbləri 2 dəfə üstələyib.

Mərkəzi Bankın sədri vurğulayıb ki, 2022-ci ilin yanvar-iyun aylarında ÜDM real ifadədə 6.2%, o cümlədən qeyri-neft sektoru üzrə 9,6% artıb.

Oxşar xəbərlər