Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə rəis müavini təyin edilib.
E-huquq.az-ın verdiyi məlumata görə, polis polkovnik-leytenantı Nağıyev İrza Əhəd oğlu Nizami rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsini icra edəcək.
Bildirək ki, daha öncə bu vəzifəni Gəncə hadisələrində şəhid olan polis polkovnik-leytenantı Səməd Abbasov icra edib.
Mənbə: BAKU.WS
