Məzmuna keç

“Bəzi dövlətlər Gəncədəki terrorla bağlı susub”

“Bəzi dövlətlər Gəncədəki terrorla bağlı susub”.

E-huquq.az xəbər verir ki, bunu baş prokurorun birinci müavini Elçin Məmmədov Gəncəyə raket zərbələrinin endirilməsinin ikinci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə raket zərbələri nəticəsində ümumilikdə 14 724 daşınmaz əmlak obyektinə 47 milyon manatdan çox maddi ziyan dəyib: "Ermənilərin Azərbaycanın mülki sakinlərini atəşə tutması faktları üzrə cinayət işlərinin istintaqı davam edir".

O bildirib ki, 2020-ci ilin oktyabrında Gəncəyə 5 raket hücumu zamanı 26 nəfər həlak olub və onlardan biri Rusiya vətəndaşıdır: “Gəncənin mülki əhalisinə hücumla bağlı bütün materiallar toplanıb. “Human Rights Watch” təşkilatı Gəncəyə və münaqişə zonasında olmayan digər şəhərlərə edilən hücumdan da bəhs edib. Bundan başqa, Amnesty İnternational və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən də bəyanatlar verilib. Təəssüf ki, bəzi ölkələr baş verənlərlə bağlı susublar”.

E.Məmmədov əlavə edib ki, Azərbaycan iki dəfə Beynəlxalq Məhkəməyə müraciət edib və məhkəməyə Azərbaycanın dinc şəhərlərinin ermənilər tərəfindən atəşə tutulması ilə bağlı bütün fakt və sübutlar təqdim olunub.