Baş prokuror: "İnsan hüquqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmi formalaşıb"


  • 16 Noyabr 2022 15:00

"Ölkəmizdə insan hüquqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmi formalaşıb".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər məlumat verib.

Kamran Əliyev hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayaraq qanunvericilik və institusional islahatlarla ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində effektiv müdafiə mexanizmlərinin formalaşdırıldığını, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsinin mühüm əhəmiyyətini qeyd edib.

Oxşar xəbərlər