DSX-nin hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanıldı


  • 1 Dekabr 2022 15:33

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisinin özünü güllələməsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə e-huquq.az-a Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirib ki, DSX-nin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

"Fakt üzrə Şəmkir Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq", - deyə F.Əliyev qeyd edib.

Oxşar xəbərlər