Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi


  • 2 Dekabr 2022 12:50

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

E-huquq.az xəbər verir ki, nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

Oxşar xəbərlər