Məzmuna keç

Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən e-huquq.az-a bildirilib ki, M.Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd edək ki, M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.