Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.
E-huquq.az xəbər verir ki, gün ərzində törədilən 17 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
