Azərbaycanda ötən gün 38 kq-dan çox narkotik vasitə dövriyyədən çıxarıldı


  • 21 Yanvar 2023 10:44

Polis əməkdaşlarının yanvarın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə e-huquq.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Qeyri-leqal dövriyyədən çıxarılan narkotik vasitələr – 30,2 kiloqrama yaxın heroin, 7,3 kiloqramdan artıq marixuana, 920 qram tiryək, həmçinin 810 qramdan çox metamfetamin və 400 ədəd yüksək təsiredici xassəyə malik psixotrop maddə olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxşar xəbərlər