İran-Azərbaycan sərhədini pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanıldı


  • 4 Fevral 2023 12:16

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Bu barədə e-huquq.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər