- 2 İyun 15:14
"Ötən il 15772 cinayət işi üzrə ibtidai istintaq başa çataraq ittiham aktı ilə birgə məhkəmələrə göndərilib".
E-huquq.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Həmin cinayət işlərinin 5.8 faizi prokurorluq orqanları, 89.7 faizi daxili işlər orqanları 4.5 faizi isə digər istintaq qrupları tərəfindən istintaq olunmuş cinayət işləri olub", - deyə Baş prokuror bildirib.
Xəyalə Bünyatova