Prokurorluq istintaqın qeyri-obyektiv aparılması ilə bağlı məlumata münasibət bildirdi


  • 16 Fevral 2023 12:46

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Xəqani Quliyevin 2019-cu il avqustun 8-də Sumqayıt şəhərində xəsarət almasına dair cinayət işi üzrə ibtidai istintaqın qeyri-obyektiv aparılması ilə bağlı informasiyalar yayılıb.

Həmin məlumatlarla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, qeyd olunan cinayət işi üzrə ittiham aktı 2021-ci il sentyabrın 9-da Sumqayıt şəhər prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslər - Bəxtiyar Fərəcov 8 il 6 ay müddətinə, Sabir Əskərov 2 il 9 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, Tural Sadıqov isə 1 il 6 ay müddətinə sınaq müddəti ilə şərti cəzaya məhkum edilib.

Hökm Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Oxşar xəbərlər