Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanıldı


  • 12 Aprel 2023 11:34

Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə e-huquq.az-a Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirib ki, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!", - deyə o bildirib.

Oxşar xəbərlər