- 8 May 17:29
2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 4.1 faiz azalıb.
E-huquq.az-ın məlumatına görə, bunu Respublika Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O bildirib ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri isə 50 faiz azalıb.