Kərim Vəliyev: "Ermənistan hər dəfə təxribat törədəndə layiqli cavabını alır"


  • 24 May 2023 10:36

"Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə qəsdən təxribatlar törədir və hər dəfə də layiqli cavabını alır".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Asim Munir ilə görüşdə deyib.

Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.

Oxşar xəbərlər