Lənkəran və Zaqatalaya hərbi prokurorlar təyin olundu


  • 9 İyun 2023 17:41

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Zaqatala hərbi prokuroru Əli-məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan bildirilib.

Bundan başqa, Baş prokurorun digər müvafiq əmrilə Hərbi Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Emin Quliyev tutduğu vəzifədən azad olunaraq Zaqatala hərbi prokuroru təyin edilib.

Oxşar xəbərlər