Lənkəranın yeni hərbi prokuroru kimdir?


  • 10 İyun 2023 11:48

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Zaqatala hərbi prokuroru Əli-Məmmədov Elşən Əli oğlu tutduğu vəzifədən azad olunaraq Lənkəran hərbi prokuroru təyin edilib.

E-huquq.az-ın məlumatına görə, Elşən Əli-Məmmədov 18 avqust 1973-cü ildə anadan olub.

O, prokurorluqdakı fəaliyyətinə Qarabağ hərbi prokurorluğunda başlayıb.

Elşən Əli-Məmmədov həmin hərbi prokurorluğun müstəntiqi, böyük müstəntiqi, Zaqatala hərbi prokurorunun müavini və Füzuli hərbi prokurorunun müavini vəzifələrində çalışıb.

Ədliyyə polkovnik-leytenantıdır.

O, 2020-ci ildə Zaqatala hərbi prokuroru təyin edilmişdi.

Oxşar xəbərlər