Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə komanda-qərargah təlimi keçirilib - FOTO


  • 14 İyun 2023 10:19

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Oxşar xəbərlər