- 2 İyun 15:14
İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - MN-dən bildirilib.