- 2 İyun 15:14
Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 298 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə e-huquq.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.
Qeyd edilib ki, ölkədən çıxışı qadağan olunan 532 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 19 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.