Bulvarda "Narkotiklərə Yox De" adlı məlumat lövhələri quraşdırılıb


  • 5 İyul 2023 20:26

Dənizkənarı Milli Parkda 12 nöqtədə "Narkotiklərə Yox De" adlı məlumat lövhələri quraşdırılıb.

Baş Prokurorluğun əməkdaşı Allahşükür Allahverdiyev e-huquq.az-a bildirib ki, lövhələri əlahinin sıx olduğu nöqtələrdə yerləşdirməkdə əsas məqsəd insanların maariflənməsi və narkotikin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat almasıdır.

Onun sözlərinə görə, gələcəkdə metro və avtobuslarda da belə lövhələrin yerləşdirilməsi planlaşdırılır.

"Dünya ölkələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirirlər. Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşib. Bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir. Belə ki, sonuncu dəfə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” qəbul edilib. Həmin proqramda bir sıra qurumların üzərinə müxtəlif vəzifələrin həlli qoyulub. Burada təşkilatı və beynəlxalq tədbirlərin həyata keçirilməsi ilə yanaşı, eyni zamanda maarifləndirmə tədbirləri də vəzifə kimi qoyulub", - A.Allahverdiyev qeyd edib.

Oxşar xəbərlər