Ziyanla bağlı istintaqda ödətdirilən vəsaitin həcmi 5 dəfə artıb - Nazirlik


  • 6 İyul 2023 16:48

Ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 213 iş üzrə ibtidai istintaq tamamlanıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, bu barədə nazirliyin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, fiziki və hüquqi şəxslərə vurulan ziyanla bağlı istintaqın gedişində ödətdirilən vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası ilə bağlı dövlət büdcəsinə 2022-ci ilin birinci yarımili ilə müqayisədə təxminən 70% çox vəsait ödətdirilib. Həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, cari ildə 2.200-dən çox şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Oxşar xəbərlər