DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı


  • 11 İyul 2023 13:01

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov ötən gün təqaüdə göndərilib.

Oxşar xəbərlər