- 2 İyun 15:14
Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılovun DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi ilə bağlı iddialar öz təsdiqini tapıb.
E-huquq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiq ediblər.
Qeyd edək ki, həmin idarənin rəis müavini olan polis polkovniki Mahir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.
