Bu il 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib


  • 25 İyul 2023 12:43

2023-cü ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev deyib.

Onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilib, 7 nəfər vəzifədən azad edilib, 17 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.

Vurğulanıb ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 14-ü Baş Prokurorluğun İntizam Komissiyasında, 6-ı isə Etik Davranış Komissiyasında baxılıb.

Əlavə olaraq bildirilib ki, 2023-cü ilin birinci yarımili ərzində 222 prokurorluq işçisi həvəsləndirilib, 6 prokurorluq işçisinə isə vaxtında əvvəl rütbə verilib.

Oxşar xəbərlər