Azərbaycanda rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlandı


  • 2 Oktyabr 2023 12:27

Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Baş prokuror bildirib ki, qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır: “Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir”.

Oxşar xəbərlər