- 15:14
Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçisi ilə Baş Prokurorluqda görüş keçirilib.
E-huquq.az xəbər verir ki, hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 11 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunan Bakı şəhər prokurorluğunun idarə prokuroru Pərviz Muradov Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.
Qəbul zamanı Pərviz Muradova Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təltif olunduğu prokurorluğun fəxri fərmanı təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.


