Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı imtahan keçirilir - FOTO


  • 15 Noyabr 2023 12:04

Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan bildirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.

Oxşar xəbərlər