"İttiham tərəfi olaraq prokurorluqda bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir" - Baş Prokurorun müavini


  • 27 Dekabr 2023 11:26

Bu il 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb.

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.

O bildirib ki, 2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.

"İttiham tərəfi olaraq prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir. Əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur", - deyə H.Məmmədov qeyd edib.

Oxşar xəbərlər