Xankəndidə xeyli silah-sursat aşkarlandı


  • 13 Yanvar 2024 11:01

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, bundan başqa 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar da aşkar olunaraq götürülüb.

Oxşar xəbərlər