Məzmuna keç

Cəbrayılda hərbçinin minaya düşərək həlak olması ilə bağlı araşdırma aparılır

Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən ərazidən tapılan sursat partlayışı nəticəsində DSX hərb qulluqçusu, kiçik gizir Musazadə Əsgər Nicat oğlu müxtəlif dərəcəlı bədən xəsarətləri alıb.

Bu barədə e-huquq.az-a DSX-dan bildirilib.

"Həkimlərin səylərinə baxmayaraq, o, həlak olub. Faktla bağlı DSX və Hərbi Prokurorluqda araşdırma aparılır", məlumatda deyilir.