- 12:23
Bəzi hallarda işçilər çalışdıqları müəssisə ilə bağladıqıları əmək müqaviləsinə xitam vermək üçün könüllü şəkildə ərizə ilə müraciət edirlər. Belə olduğu halda işəgötürən işçinin ərizəsini qəbul etməyə bilərmi? Ümumiyyətlə, işçinin işdən ayrılmaq barədə ərizəsi hansı hallarda rəhbərlik tərəfindən rədd edilə bilər?
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, işçi əmək müqaviləsinə xitam verilməsi məqsədilə bir təqvim ayı qabaqcadan yazılı ərizəylə işəgötürənə müraciət edə bilər:
"Ərizə verildiyi gündən bir təqvim bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasınıp tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşəgötürən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar təqdim edilmiş müraciəti qəbul etməlidir".