- 17:35
Bakıda oğurluq etməkdə təqsirləndirilən Lalə Orucovanın (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, L.Orucova Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, 2006-cı il təvəllüdlü L.Orucova Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən kafelərin birində anası Y.Orucovanın tanışı olan İ.Babayevaya məxsus masanın üzərinə qoyduğu mobil telefonunun arxalığında olan 400 ABŞ dolları (günün məzənnəsinə görə 680 manat) gizli olaraq talayıb və zərərçəkmişə ümumilikdə 680 manat məbləğində ziyan vurmaqla oğurluq edib.
Şəbnəm Mehdizadə