- 12 Dekabr 21:34
"Media ilə münasibətlər daim Konstitusiya Məhkəməsinin diqqət mərkəzindədir".
E-huquq.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin İnsan Hüquqları və Analitik Şöbəsinin müdiri Anar Cəfərov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.
O bildirib ki, medianın vətəndaşları maraqlandıran məsələlərlə bağlı tanınmış hüquqşünaslara müraciət etməsi və onların fikirlərini işıqlandırması çox vacibdir: "Bu, bizə çox böyük köməkdir. Bizə müxtəlif ekspertlərin dediyi fikirlər maraqlıdır ki, onları qərərların tam dolğun olmasında nəzərə alaq. Mediada vətəndaşlar tərəfindən edilən müxtəlif məsələlər ilə bağlı müraciətlərlə tanış olmağımızda önəmli rol oynayır".
Humay Eminqızı