- 2 May 21:46
"Məhkəmələr tərəfindən daxil olan müraciətlər əsasında indiyədək Konstitusiya Məhkəməsi tərəfindən 300-ə yaxın qərar qəbul olub".
E-huquq.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin İnsan Hüquqları və Analitik Şöbəsinin müdiri Anar Cəfərov mayın 2-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən ikinci forum çərçivəsində "Konstitusiya və Suverenlik İlində media gündəmi" adlı panel sessiyada deyib.
O bildirib ki, Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən müxtəlif mövzularda şikayət formasında olan müraciətlər də daxil olur ki, bu müraciətlər əsasında təxminən 160-a yaxın qərar qəbul olunub.
Şöbə müdirinin sözlərinə görə, Konstitusiya Məhkəməsi Ombudsman təsisatı ilə də çox sıx əməkdaşlıq edir: "Ombudsman tərəfindən bizə bir sıra sorğular daxil olur. Onların əksəriyyəti vətəndaşların müraciətləri və şikayətləri ilə bağlıdır ki, bunun əsasında da bir sıra qərarlar qəbul edilib".
Humay Eminqızı