Şagirdlər “Açıq qapı” günü münasibətilə Ali Məhkəmədə olublar - FOTO


  • 11:18

Xəzər Universitetinin "Dünya" məktəbinin şagirdləri növbəti “Açıq qapı” günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

E-huquq.az xəbər verir ki, şagirdlər Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər.

Tanışlıq çərçivəsində Ali Məhkəmənin Mülki kollegiyasının hakimi Rəşad Həsənov məktəblilərə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, qanunvericilik və təcrübə barədə fikirlərini çatdırıb. Könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Sonda şagirdlər xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.

Oxşar xəbərlər