Ekspertiza sahəsində mövcud problemlər və onların həlli yolları müzakirə olundu - FOTO


  • 11:21

2025-ci il 2 may tarixində Sumqayıt Apellyasiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndə heyətilə görüş keçirilib.

E-huquq.az xəbər verir ki, görüş Sumqayıt Apellyasiya Məhkəməsinin və ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin hakimləri, habelə məhkəmə aparatının əməkdaşlarının iştirakı ilə baş tutub.

“Ekspertiza sahəsində mövcud problemlər və onun həlli yolları” mövzusunda keçirilmiş tədbirin məqsədi bu sahədə ortaya çıxan praktiki çətinliklərin araşdırılması, ekspert rəyinin keyfiyyəti, ekspertiza təyinatında gecikmələr, digər aktual məsələlərin təhlili və onların həlli istiqamətində birgə müzakirələrin aparılması olub.

Görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar səsləndirilib və aidiyyəti üzrə cavablandırılıb. Ekspertiza sahəsində mövcud olan problemlər ətraflı təhlil olunub, təkmilləşdirilməsinə dair təkliflər irəli sürülüb.

Həmçinin, tədbir zamanı Məhkəmə Ekspertizası Mərkəzinin nümayəndələri ekspertiza xidmətlərinin elektronlaşdırılması istiqamətində görülən işlərə dair təqdimatla çıxış edərək ekspertiza sahəsindəki yeniliklər barədə iştirakçılara məlumat veriblər.

Tədbir çərçivəsində məhkəmə və ekspertiza orqanları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, belə görüşlərin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyi qeyd edilib.

Oxşar xəbərlər