- 15:08
Bakıda qadının başına daşla vurularaq qətlə yetirməkdə təqsirləndirilən İgid Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseyinovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Dövlət ittihamçısı işin baxışa verilməsini təklif edib.
Məhkəmənin baxış iclası 8 may tarixinə təyin edilib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü İgid Rəcəbzadənin rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 1991-ci il təvəllüdlü Elnarə ibrahimovanın baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı