- 19:39
Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən proses "Oleq Bakinski"nin vəkili müdafiə etdiyi şəxsin sağlamlıq vəziyyətinin ağır olduğunu, hipertaniya və padaqradan əziyyət çəkdiyini bildirib. O, Oleq Krapivin ev dustaqlığına buraxılmasını xahiş edib.
Zərərçəkmiş tərəfin vəkili vəsatətə etiraz edib.
Prokuror vəsatəti məhkəmənin mülahizəsinə buraxıb.
Məhkəmə müşavirəyə gedib. Məhkəmə vəsatəti təmin edib.
"Oleq Bakinski" barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalından buraxılıb.
Məhkəmənin növbəti iclası 16 may tarixinə təyin edilib.
Qeyd edək ki, "Oleq Bakinski" ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib. Cinayət işi üzrə "Oleq Bakinski" ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
Humay Eminqızı