Arvadını döyməkdə ittiham olunan şəıxsə hökm oxundu


  • 16:18

Xırdalanda qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı qadını döyməkdə təqsirləndirilən Kamil ƏIliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prisesdə hökm oxunub.

Hökmə əsasən, K.Əliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

İttihama görə, K.Əliyevin qeyri-rəsmi ər-arvad münasibətində olduğu Leyla Məmmədova (ad-soyad şərtidir) ilə evə gec gəlməsi və maddi dəstək olmaması səbəbindən mübahisə baş verib. Bu zaman K.Əliyev əsəbiləşərək L.Məmmədovanın üzərinə hücum edib və ona müxtəlif xəsarətlər yetirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər