- 20:54
Bakıda sərxoş kişi mağazadan siqaret və pul oğurlayıb.
E-huquq.az xəbər verir ki, ittihama görə, o Bakı Şəhəri Xəzər rayonunda yerləşən “Qələbə 44” mağazasına dam örtüyünü sındırmaqla qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən mağazadan 340 qutu müxtəlif markalı siqaret və 485 manat nağd pulu gizli götürüb aparmaqla ümumilikdə 1885 manat 50 qəpik məbləğində oğurluq edib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən gün spritli içki qəbul edib və özünü idarə edə bilməyəcək dərəcədə sərxoş olub. “Qələbə 44” mağazasından oğurluq etmək qərarına gəlib və mağazaya arxadan damına qalxaraq oradan dam örtüyünü sındıraraq mağazaya daxil olaraq, pul və qutuda olan siqaretləri oğurlayıb.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Şəbnəm Mehdizadə