Hakim Samir Əliyev vəfat etdi


  • 12 May 22:31

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.

2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Allah rəhmət eləsin!

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər