- 19:16
Lökbatanda qəsdən adam öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dindirilməyə çağırılan Fərmanov Sənan məhkəmədə iştirak etməyib.
Hakim S.Fərmanovun məhkəməyə məcburi gətirilməsini istəyib. Hakim onun məhkəmədən süni yayındığını bildirib.
Daha sonra sübutların tədqiqinə başlanıb.
Tədqiq zamanı qətl hadisəsinin əks olunduğu videogörüntülər nümayiş etdirilib.
Bu zaman zərərçəkmiş şəxsin məhkəmə iclas zalında olan yaxınlarının vəziyyəti pisləşib.
Məhkəmənin növbəti iclası 11 iyun tarixinə təxirə salınıb.
Qeyd edək ki, ötən ilin mart ayında qeydə alınıb. İttihama görə, 2006-cı il təvəllüdlü Məzahir Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı 1998-ci il təvəllüdlü İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı