Kafedə adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi: "Babək hesabı ödəmək istəmirdi"


  • 12:35

Bakıda adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Tahir Əzizovun cinayət işi üzrə növbəti məhkəməs iclası baş tutub .

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Şahid Natiq Alxanov təqsirləndirilən şəxsi daha əvvəl tanıdığını deyib: "Mən "Qalaaltı" restoranında musiqiçi işləyirdim. Münaqişə hesab ödəmək üstündə olub. Tahir və Babək arasında münaqişənin isə şahidi olmamışam, sonradan eşitmişəm. Babək Dadaşov hesab ödəmək istəmirdi. Cəmilə də ona yaxınlaşdı ki, hesabı ödə. Babək isə yenə etiraz etdi. Daha sonra arada söyüşə görə mübahisə baş verdi. Tahir və Babək çölə çıxdı. Mən restorandan çölə çıxanda gördüm ki, Tahir və Babək mübahisə edir çöldə. Ətrafda heç kim yox idi. Onları da kiminsə ayırdığını görməmişəm. Mən də çölə çıxan kimi elə o dəqiqə içəri qayıtdım. Onları ayırmadım, çünki mübahisə böyük deyildi. Tahirin əlində də heçbir kəsici alət görməmişəm".

Digər şahidlərin dindirilməsi üçün məhkəmə təxirə salınıb.

Məhkəmənin növbəti iclası 5 iyun tarixinə müəyyən edilib.

Qeyd edək ki, Tahir Əzizov Cinayət Məcəlləsinin 29, 120.2.2-ci və 221.3-cümaddələri ilə ittiham olunur.

Humay Eminqızı

Oxşar xəbərlər