Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə hökm oxundu

Qusarda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Ağası Məmmədbəyovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədbəyov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında qeydə alınıb. Belə ki, A.Məmmədbəyov idarə etdiyi “Lada (VAZ) 2110” markalı avtomobili idarə etməklə Qusar rayonu Yuxarı-Kalanxur kəndindən toy məclisində işləyən masadarları rayonun Kirig kəndinə aparmaq üçün gedərkən Həzrə kəndinin daxilində yolun kənarı ilə hərəkətdə olan piyada Səlim Qubatovu vurub. Piyada yerindəcə ölüb.

Şəbnəm Mehdizadə